AZ EN RU

Prezident seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlanıb

Fevralın 7-də Azərbaycanda keçirilmiş prezident seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələrinin adları açıqlanıb.

15 saylı Yasamal birinci seçki dairəsində ən yüksək seçici fəallığı müşahidə olunub.

Bu seçki dairəsində 54 min 339 seçicidən 45 min 299 nəfəri (83,36 faiz) səsvermədə iştirak edib.

Passiv seçki dairəsi isə 19 saylı Nərimanov birinci seçki dairəsidir. Burada qeydiyyatda olan 54 min 953 seçicidən 32 min 864 nəfəri (59.80 faiz) səs verib.

Nəşr edilib : 07.02.2024 22:41