AZ EN RU

Prezident seçkiləri ilə əlqədar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib

Növbədənkənar Prezident seçkiləri ilə əlqəadar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.

 "Şərq qapısı" Secki-2024.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədə 6300-dən çox seçki məntəqəsi var: "Hər məntəqəyə 15-ə qədər müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var".

M.Pənahov söyləyib ki, beynəlxalq müşahidəçilərin sayı 800-ə çatıb.

Nəşr edilib : 29.01.2024 10:51