AZ EN RU

Prezident seçkiləri ilə bağlı qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
İndiyə qədər 20 500-dən çox müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəçilərin 18 359-u dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

Nəşr edilib : 13.01.2024 16:35