AZ EN RU

Prezident: İlin birinci yarısında Azərbaycanın xarici ticarət profisiti təqribən 10 milyard dollara yaxın olub

Xarici ticarət balansımızın profisiti çox böyük səviyyədədir.

Bu fikri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirib.

Ölkələrin böyük əksəriyyətinin nəinki ixrac, daha çox idxal etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır. Əgər bu templər qorunsa, təsəvvür edin, biz ilin sonuna qədər hansı rəqəmlərə çatacağıq. Təbii ki, bunun birbaşa təsiri makroiqtisadi sabitliyin təmin edilməsinədir”.

Nəşr edilib : 11.07.2023 18:15