AZ EN RU

Prezident İlham Əliyevin dəvət məktubu İraq Prezidentinə təqdim edilib

Bu gün Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin dəvət məktubunu ölkəmizin İraqdakı səfiri Nəsir Məmmədov İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.
Səfirlikdən bildiriblər ki, İraq Prezidenti dəvət məktubunu məmnuniyyətlə qəbul edib və COP-29 kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Görüş zamanı Azərbaycan ilə İraq arasındakı əlaqələrin gələcək perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 24.04.2024 20:42