AZ EN RU

Prezident İlham Əliyevin 20 illik misilsiz fəaliyyət dövrü ilə bağlı gənclərlə görüş keçirilib

Gənclərin iştirakı ilə ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümünə həsr olunmuş “Vətənə, xalqa, dövlətçiliyə xidmətin misilsiz 20 ili” adlı tədbir keçirilib. Naxçıvan Dövlət Tarix Muzeyində reallaşan tədbirdə ümummilli lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi misilsiz inkişaf yolundan bəhs edib, gənclər və idman siyasətinin uğurlu icrası, gənc nəsilə göstərilən etimadan, dəstəkdən danışıb.  Qeyd olunub ki, 2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, yüksək liderlik,  siyasi bilik və iradəyə malik İlham Əliyevin əsas fəaliyyət qayəsi ölkəmizin siyasi-iqtisadi gücünü artırmaq, qüdrətli dövlətə çevirmək, xalqın rifahını yüksəltmək və ən nəhayət ərazilərimizi bərpa etməkdən ibarət olub. Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışan dövlət başçısı Qarabağda qazanılmış Zəfərlə xalqı qarşısında ən dəyərli missiyanı yerinə yetirdi – işğalda olan torpaqlarımız bütünlüklə azad olundu və mahir siyasətçi üçrəngli bayrağımızı 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Prezidentin gənclərə liderlik, qətiyyət və bir çox ali keyfiyyətlər aşıladığını vurğulayan Məcid Seyidov əlavə edib ki, əsrə bərabər 20 illik fəaliyyət yolu gənclərin hərtərəfli inkişafı, vətənpərvər ruhda tərbiyəsində önəmli mayaka.
Qazimiz – “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan baş leytenant İbrahim Cəlilov Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordu quruculuğu sahəsində görülən işlər, döyüş meydanında və siyasi iradə ilə qazanılan qələbələr və öz döyüş xatirələri barədə danışıb. Müharibə iştirakçısı gənclərə daim dövlətçiliyə sadiq olmalarını, qələbənin memarlarını ehtiramla anmalarını və onlardan örnək götürməyi arzulayıb.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olub.
 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti
 

Nəşr edilib : 24.10.2023 18:54