AZ EN RU

Prezident İlham Əliyev: Türkiyə ilə birgə fəaliyyətimiz həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq

Bugünkü dünyada güc faktoru ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib.

Bunu 30 illik işğal dönəmində gördüyümüzü, aparılan danışıqların, müzakirələrin heç bir nəticə verməyini söyləyən dövlətimizin başçısı nəticəyə gətirib çıxaranın bizim gücümüzün olduğunu vurğulayıb. “Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.

Nəşr edilib : 13.06.2023 14:59