AZ EN RU

Prezident İlham Əliyev: Şuşa Qlobal Media Forumu ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm tədbirdir

Şuşa Qlobal Media Forumu bizim ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir.

Bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Şuşa rəsmi olaraq Azərbaycanın Mədəniyyət Paytaxtıdır və bizim qələbəmizin rəmzidir. Şuşa, eyni zamanda, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı”, - deyə dövlətimizin başçısı bildirib.

Nəşr edilib : 21.07.2023 15:52