AZ EN RU

Prezident İlham Əliyev: Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq

Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin.

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Onların Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etdiklərini vurğulayan dövlətimizin başçısı şəhidlərin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib.

Nəşr edilib : 20.09.2023 20:41