AZ EN RU

Prezident İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Görüş mayın 22-də Brüsseldə baş tutacaq.

Avropa İttifaqı (Aİ) Şurasının mətbuat xidmətindən verilən məlumata görə, həmin gün Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrı-ayrı görüşlər keçirəcək.

Nəşr edilib : 20.05.2022 10:04