AZ EN RU

Prezident İlham Əliyev: Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran şəxs idi

Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində söyləyib.

“O, (Ulu Öndər – red.) həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Nəşr edilib : 24.07.2023 15:32