AZ EN RU

Prezident: Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük planları var

zərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük planları var.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.

“Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməyə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq. Faktiki olaraq bu gün biz çox qısa zamanda 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasiminin şahidi olacağıq”, - deyə dövlətimizin başçısı əlavə edib.

Nəşr edilib : 26.10.2023 16:48