AZ EN RU

Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir

Prezident İlham Əliyev Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verdiyini bildirib.

Dövlət başçısı mayın 1-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartini qəbul edərkən Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyini qeyd edib.

Prezident İlham Əliyev COVID dövründə Azərbaycanın 80-dən çox ölkəyə dəstək göstərdiyini deyib.

İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110-dan çox ölkənin nümayəndələrinin iştirakını və bu tədbirin dünyada sülh gündəliyinin irəlilədilməsinə, dialoqa və körpülərin qurulmasına xidmət etdiyini diqqətə çatdırıb. COVID-lə əlaqədar Forumun təşkilində müəyyən fasilələrin yarandığını deyən Prezident İlham Əliyev artıq onun fəaliyyətinin tam şəkildə bərpa olunduğunu və davamlı şəkildə keçiriləcəyini qeyd edib.

Nəşr edilib : 01.05.2024 16:48