AZ EN RU

Praqada Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin qeyri-formal görüşü olub

Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.

“Novosti Azərbaycan” "Telegram" kanalına istinadən xəbər verir ki, qeyri-formal görüş bu gün “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində baş tutub.

Müzakirələrə Macarıstanın Baş naziri Viktor Orban, daha sonra isə Fransa Prezidenti Emmanuel Makron da qoşulub.

Nəşr edilib : 06.10.2022 17:06