AZ EN RU

Portuqaliya prezidenti parlamenti buraxıb

Portuqaliya prezidenti Marselu Rebelu de Sousa rəsmi olaraq birpalatalı parlamentin buraxıldığı və erkən seçkilərin martın 10-na təyin edildiyi barədə fərman imzalayıb.

Bu barədə Portuqaliya hökumətinə məxsus qəzetdə dərc olunan fərmanda deyilir.

Qeyd edək ki, Portuqaliya prezidenti öz qərarını 2023-cü ilin noyabrında - Baş nazir Antoniu Koşta korrupsiya qalmaqalı fonunda istefaya getdikdən sonra elan edib. Polis Nazirlər Kabineti rəhbərinin rəsmi iqamətgahında və iki nazirlikdə axtarışlar aparıb. Ölkənin şimalında litium hasilatında güzəştlər, eləcə də hidrogen enerjisi layihəsi ilə əlaqədar korrupsiya ittihamı ilə bir neçə nəfər həbs edilib. Baş nazir administrasiyasının rəhbəri Vitor Eşkariya da saxlanılanlar arasındadır.

Nəşr edilib : 15.01.2024 18:11