AZ EN RU

Polis Məktəbinin kursantları üçün mühazirə

   Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazir­liyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları üçün “Məhkəmə-ballistik ekspertizasının tarixi” mövzusunda mühazirə təşkil edilmişdir.
    Mühazirəni giriş sözü ilə Polis Məktəbinin rəis müavini, polis mayoru Fariz Nəsirov açaraq Məhkəmə Ekspertizası Mərkəzi ilə əməkdaşlığın əhəmiyyəti haqqında məlumat verib.     
    Mərkəzin ballistik və trasoloji ekspertizalar bölməsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Səməd Şahtaxtinski və həmin bölmənin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Cavid Əliyevin mövzu ilə əlaqədar məruzələri dinlənilib. Sonra slayd vasitəsilə məhkəmə-ballistik ekspertizasının yaranması və inkişaf tarixi, tədqiqatlarda bu gün də istifadə olunan avadanlıqların ixtirası və ilk tətbiqləri, ballistik tədqiqatlar aparılaraq silahların tətbiqi ilə törədilən bəzi cinayət faktlarının açılması və təqsirli şəxslərin ifşa olunması nümunələri izah edilib.
    Sonda videoçarx nümayiş etdirilib, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası 
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.02.2022 23:03