AZ EN RU

Polad Bülbüloğlu İranın Rusiyadakı səfirliyində olub

Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu İran İslam Respublikasının Rusiyadakı səfirliyində olub, İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli şəkildə həlak olmaları ilə əlaqədar başsağlığı verib.

İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə görüşən Polad Bülbüloğlu matəm kitabına ürək sözlərini yazıb.

K.Cəlali səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan səfirinə minnətdarlığını bildirib.

Nəşr edilib : 22.05.2024 16:43