AZ EN RU

“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Poçt haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 604; 2007, № 5, maddə 442; 2008, № 11, maddə 958; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1148; 2016, № 3, maddə 409, № 10, maddə 1602; 2017, № 1, maddə 6, № 11, maddələr 1957, 1960, № 12 (I kitab), maddə 2223; 2018, № 7 (I kitab), maddə 1390; 2019, № 1, maddə 32; 2021, № 12, maddə 1298; 2022, № 12, maddə 1399; Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 942-VIQD nömrəli Qanunu) 4.1.1-ci maddəsinə “qaydalarının” sözündən sonra “və tariflərinin” sözləri əlavə edilsin və həmin maddədən “və bu xidmətlərin tariflərinə dair təkliflər verilməsi” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2023-cü il

Nəşr edilib : 13.11.2023 14:04