AZ EN RU

Piter Teys: Azərbaycanın AŞPA-nı tərk etməsi bu təşkilatın imicinə ağır zərbədir

Bu sözləri day.az saytına müsahibəsində "Şərq qapısı"nın oxucularına da yaxşı tanış olan amerikalı politoloq Peter Teys deyib. O bildirib ki, tamamilə korrupsiyalaşmış və mənəvi oriyentasiyasını çoxdan itirmiş AŞPA erməni işğalı dövründə Azərbaycanın hüquqlarının müdafiəsi məqsədilə heç bir qərar verməmişdir. Azərbaycanın öz suveren ərazisində apardığı lokal xarakterli antiterror əməliyyatından sonra və ölkənin hazırlaşdığı prezident seçkiləri ərəfəsində AŞPA tərəfindən qarşılaşdığı bu cür  ikili standartlar bu təşkilatın ermənipərəst siyasətini bir daha ortaya qoyur, - deyə Piter Teys müsahibəsində bildirib.

Əli Cabbarov

Nəşr edilib : 28.01.2024 17:33