AZ EN RU

Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətinədən "Şərq qapısı"-na verilən məlumata görə, Ordubad rayonununda yağan güclü yağış səbəbindən qaya uçqunu baş verib. Nəticədə qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və  nəqliyyat vasitələrinin hərəkəti dayanıb. 
Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub. 
Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.

Nəşr edilib : 09.05.2024 14:41