AZ EN RU

Peşələr Festivalı ilk dəfə qədim diyar Ordubadda baş tutub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalı bu il ilk dəfə olaraq  Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində baş tutub.
“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən Festivalda Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyindən Pənah Mehdiyev, Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli,  Agentliyin İdarə Heyəti sədrinin müşaviri Səftər Rəhimli, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
Festival şəhərdə böyük marağa səbəb olduğu, Ordubadda ilk dəfə belə bir tədbirin keçirilməsi yüksək qiymətləndirilib.
Tədbirdə Naxçıvanda sosial təminat sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, gənclərin düzgün peşələrə istiqamətləndirilməsində və gələcəyin peşələri ilə tanış olmasında Festivalın mühüm rol oynadığı qeyd edilib.
Daha donra qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanışlıq olub, peşələr üzrə ekspertlərlə söhbət ediblər.
Festival çərcivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilir.
Qeyd edək ki, bu dəfə də ölkənin 10 rayon və şəhərində keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.
Bundan başqa festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumat verilir.
Növbəti festival 11 noyabr 2023-cü il tarixində Naxçıvan şəhərində keçiriləcək.

Nəşr edilib : 09.11.2023 16:03