AZ EN RU

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi  tərəfindən peşəkar mühasib sertifikatı imtahanının l mərhələsi keçirilir.
 "Şərq qapısı" xəbər verir ki, imtahan Naxçıvan şəhərinin  14 nömrəli tam orta məktəbində keçirilir. İmtahanda 109 namizədin iştirakı gözlənilir. İmtahanın  idarə olunması  üçün 1 imtahan rəhbəri və 11 nəzarətçi ayrılıb.
Qeyd edək ki, imtahan saat 10:00-da  başlanıb və 3 saat davam edəcək.

Nəşr edilib : 14.07.2024 09:03