AZ EN RU

Pərviz Şahbazov: Naxçıvan üzərindən elektrik enerjisinin ixracı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə elektrik enerjisinin Naxçıvan Muxtar Respublikası üzərindən ixracını müzakirə edib.

Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat yayıb.

“Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Baş nazir Səbuhi Məmmədov və Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev ilə sənaye miqyaslı “Yaşıl enerji” layihələrinin reallaşdırılması və Naxçıvan üzərindən ixracı perspektivlərinə dair səmərəli müzakirələrimiz oldu”,- deyə nazir qeyd edib.

Nəşr edilib : 08.02.2023 18:06