AZ EN RU

Pərviz Şahbazov Astanada qazaxıstanlı həmkarı ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Astanada Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ilə görüşüb.

Bu barəd P.Şahbazov "X" sosial şəbəkəsində bildirib.

"Həmkarım Almasadam Satkaliyev ilə səmərəli görüşümüz oldu. BTC ilə Qazaxıstan neftinin nəqlinin tədricən artırılması, Mərkəzi Asiyadan “yaşıl enerji”nin Azərbaycan vasitəsilə ixracı üçün müvafiq tədbirlərin görülməsi, nazirliklər arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş layihəsinin hazırlanması məsələlərini müzakirə etdik", - nazir qeyd edib.

Nəşr edilib : 05.03.2024 18:38