AZ EN RU

“Perinatologiyanın aktual aspektləri” mövzusunda təcrübə mübadiləsi aparılıb

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində Azərbaycan Republikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan dəvət olunmuş yüksəkixtisaslı həkim heyəti tərəfindən “Perinatologiyanın aktual aspektləri” mövzusunda təcrübə mübadiləsi aparılıb. 
   Tədbirdə Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində çalışan həkim mama-ginekoloqlar və neonatoloq həkimlər iştirak ediblər. 
    Əvvəlcə “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsin direktorunun inzibati işlər üzrə müavini və direktor vəzifələrini icra edən Ülkər Bayramova və Mərkəzin baş həkimi və direktorun müavini Kifayət Məmmədova çıxış edərək keçirilən tədbiri əhalinin sağlamlığının qorunması, mama-ginekoloji xidmətin keyfiyyətinin artırılması, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində çalışan tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və praktiki bacarıqlarının təkmilləşdirilməsi baxımından yüksək qiymətləndiriblər.
    Təcrübə mübadiləsi zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, həkim-neonatoloq Lalə Rzayevanın, mama-ginekoloq Şəhla Əsgərovanın, Kifayət Adıgözəlovanın müxtəlif mövzularda çıxışları dinlənilib, slaydlar nümayiş olunub.
    Təcrübə mübadiləsi və əməkdaşlığın qurulması məqsədilə təşkil olunan tədbir zamanı əyani olaraq xəstələr üzərində müalicə və müayinələr də aparılmışdır. 

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.07.2023 17:36