AZ EN RU

Pensiya təyin olunmuş şəxslərin 80 faizinə proaktiv qaydada xidmət göstərilib

2023-cü ildən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşlara proaktiv qaydada pensiya, müavinət və təqaüdün təyin olunmasına başlanılıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hazırda pensiya təminatı sahəsində ümumi əsaslarla yaşa görə, ailə başçısını itirməyə görə, əlilliyə görə əmək pensiyasının təyinatları proaktiv qaydada həyata keçirilir. 2024-cü ilin yanvar ayında 187 nəfərə proaktiv qaydada əmək pensiyası təyin edilib ki, bu da pensiya təyin olunmuş şəxslərin 80 faizini təşkil edir.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.02.2024 15:57