AZ EN RU

Penitensiar Xidmətin Mühafizə Taborunda Zəfər Günü münasibətilə tədbir keçirilib

Noyabrın 7-də Ombudsmanın əməkdaşları Penitensiar Xidmətin Mühafizə Taborunda olublar. Tədbirdə Penitensiar xidmətin əməkdaşı və Mühafizə Taborunun şəxsi heyəti iştirak edib.

Ombudsmanın əməkdaşı Həsən Həsənov giriş sözü ilə çıxış edərək birgə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Sonra Ombudsmanın əməkdaşı Rəmzi Həsənov çıxış edərək Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, müharibə dövründə yaşanan hadisələrdən danışıb.

Vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də  Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti təxribata cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsində qazanılan möhtəşəm qələbə hərb tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olunub, 30 illlik müharibə ölkəmizin parlaq qələbəsi ilə başa çatıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

                                                                             Naxçıvan Muxtar Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkilinin

(Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 07.11.2023 16:29