AZ EN RU

“Pəncə-Kilid” əməliyyatı bölgəsində 10 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pəncə-Kilid” əməliyyatı zamanı 10 PKK terrorçusu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumatda deyilir ki, Türkiyə Ordusu tərəfindən bölgəyə hava hərəkatı həyata keçirilib.
Xatırladaq ki, İraqın şimalında “Pəncə-Kilid” şərti adı altında aparılan əməliyyat keçən il aprelin 17-də başlayıb.
Əməliyyat davam edir.

Nəşr edilib : 21.01.2024 13:07