AZ EN RU

Payız kəndindən olan şəhid Hümbətov İmaməddin Muxtar oğlu şəhadətinin 3-cü ildönümündə məzarı başında yad edilib

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hacı Hacıyev, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov, rayonun bəzi idarə, müəssisə və təşkilatlarının müdirləri öz çıxışlarında 44 günlük zəfərin şifrəsi dəmir iradənin, yenilməz qətiyyətin, monolit birliyin və ordumuzun qələbə əzminin nəticəsi olduğunu bildiriblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın dediyi kimi, biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Bu gün şəhidlərimizin qanı ilə qazanılan ərazilərimizi bizlər tarixi gün kimi qeyd edirik. Bir neçə gün öncə Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı o günü təntənəli tədbirlərlə qeyd etdik.

Nəşr edilib : 23.10.2023 17:20