AZ EN RU

Payız fəslinin Azərbaycana daxil olacağı dəqiq vaxt açıqlanıb

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.​

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq. ​

Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq. ​

Payız fəslinin uzunluğu 89 gün 20 saat 37 dəqiqə 23 saniyə olacaq.

Nəşr edilib : 07.09.2023 12:00