AZ EN RU

Pauerliftinqçimizdən uğurlu nəticə

    Bakı Su İdmanı Sarayının ərazisində güc idman növləri üzrə Avrasiya çempionatı keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güc İdman Növləri Birliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan, Türkiyə, İran və Gürcüstandan 170-ə yaxın idmançı mübarizə aparıb. İdmançılar strikt karl, benç press və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə 55 dəst medal uğrunda güclərini sınayıblar.
    Yarışda iştirak edən Naxçıvan idmançısı Əli Əsgərov benç press üzrə 90 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Təmsilçimiz 195 kiloqramlıq çəkini ram edərək qızıl medal qazanıb.
    Məlumat üçün bildirək ki, Əli Əsgərov pauerliftinq üzrə dünya üçüncüsü, Azərbaycan çempionu, ölkə qran-prisinin qızıl medalçısı və digər nəticələri ilə uğurlu karyeraya malik idmançılarımızdandır.

Naxçıvan Muxtar Respublikası Gənclərvə İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 30.06.2022 22:03