AZ EN RU

Paşinyan sərhədlərin delimitasiyası prosesini İrəvanın təhlükəsizliyinin təminatı adlandırıb

Azərbaycanla sərhədlərin delimitasiyası prosesi Ermənistan üçün təhlükəsizliyin təminatıdır.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Sərhədlərin delimitasiyası təhlükəsizliyin təminatıdır. Bundan yaxşı zəmanət yoxdur. Bu, həm də müstəqilliyin və suverenliyin təminatıdır”, - o qeyd edib.
Paşinyan vurğulayıb ki, proses bütün sərhəd xətti boyunca davam etməlidir.

Nəşr edilib : 22.05.2024 22:00