Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai Radiosuna müsahibə verib.
Baş nazirin mətbuat katibi proqramla bağlı elanı “Facebook” səhifəsində yerləşdirib.
Paşinyan dərc olunan fraqmentdə konstitusiya referendumu barədə danışıb:
“Legitim yanaşma aşağıdakı kimidir: mən sizdən nə gözləyirəmsə, siz də məndən onu gözləyin. Bu gün biz həqiqətən də Müstəqillik Bəyannaməsi ilə münasibətimizi tənzimləməliyik. Bizim dövlətçiliyi olmayan xalqdan dövləti olan xalqa çevrildiyimiz məqam - bu məqam məhz konstitusiya referendumudur”.
Xatırladaq ki, proqram bu gün saat 19:00-da İctimai Radioda və Paşinyanın şəxsi “Facebook” səhifəsində yayımlanacaq.