AZ EN RU

Paşinyan: Ermənistanda demokratiyanın keyfiyyətindən narazıyıq

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə demokratiyanın keyfiyyətindən narazı olduğunu bəyan edib.

Yerli media Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, bunu “Demokratiya uğrunda Ermənistan forumu”nda çıxışı zamanı deyib.

“Xüsusilə, yerli özünüidarəetmə səviyyəsində seçkilər kifayət qədər siyasiləşdirilməyib”, - o bildirib.

Baş nazir qeyd edib ki, söz və mətbuat azadlığı ictimaiyyət tərəfindən sui-istifadə olunmamalıdır: “Bizim üçün demokratiya strategiyadır və hökumət bu strateji yolu davam etdirəcək”.

Nəşr edilib : 01.07.2024 13:39