AZ EN RU

Paşinyan ABŞ dövlət katibinin müavini ilə Azərbaycanla sülh məsələsini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə müavini Ceyms O'Braynla görüşüb.

Məlumatı Ermənistan KİV-i yayıb.

Məlumata görə, görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişi məsələsi ətrafında müzakirə olub.

Bundan başqa, N.Painyan ABŞ-Ermənistan Strateji Dialoqunun yekun iclasının İrəvanda keçirilməsinin vacibliyini vurğulayıb, tədbirin çoxsahəli əməkdaşlığın gələcək inkişafına və möhkəmlənməsinə yeni təkan verəcəyinə əminliyini vurğulayıb.

Xatırladaq ki, iyunun 11-də İrəvanda ABŞ-Ermənistan Strateji Dialoqun yekun toplantısı keçirilib.

Nəşr edilib : 11.06.2024 18:02