AZ EN RU

Paris olimpiadasında iştirak edəcək bütün basketbol milliləri bəlli olub

Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında kişilərin basketbol yarışında iştirak edəcək bütün komandalar bəlli olub.

Bu, təsnifat mərhələsinin yekununda dəqiqləşib.

İspaniya yığması final görüşündə Baham adalarını (86:78), Braziliya Latviyanı (94:69), Yunanıstan Xorvatiyanı (80:69), Puerto Riko yığması isə Litvanı (79:68) məğlub edib.

Beləliklə, İspaniya, Braziliya, Yunanıstan və Puerto Riko olimpiadada iştirak edəcək.

Avstraliya, Kanada, Yunanıstan və İspaniya A qrupunda, Braziliya, Fransa, Almaniya və Yaponiya B qrupunda, ABŞ, Serbiya, Puerto Riko və Cənubi Sudan isə C qrupunda mübarizə aparacaq.

Yay Olimpiya Oyunlarında basketbol yarışı iyulun 27-dən avqustun 11-dək keçiriləcək.

Nəşr edilib : 08.07.2024 09:28