AZ EN RU

“Paris-2024”: Azərbaycan boksçularının rəqibləri müəyyənləşib

“Paris-2024” Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkatma mərasimi olub.

Püşkatmaya əsasən, Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.

Millimiz yarışda 5 kişi boksçu ilə mübarizə aparacaq. Olimpiadada bu növ üzrə döyüşlər iyulun 27-də başlayacaq və avqustun 11-də yekunlaşacaq.

1/8 final

28 iyul

Alfonso Dominqes (92 kiloqram) – Xulio Sesar la Krus (Kuba)

29 iyul

Malik Həsənov (63,5 kiloqram) – Laşa Quruli (Gürcüstan)

Məhəmməd Abdullayev (+92 kiloqram) – Nelvi Tiafak (Almaniya)

30 iyul

Nicat Hüseynov (51 kiloqram) – Yunior Alkantara Reyes (Dominikan Respublikası)

Murad Allahverdiyev (80 kiloqram) – Abdelrahman Abdelqavvad (Misir)

Nəşr edilib : 26.07.2024 10:17