AZ EN RU

Paralimpiyaçımız ölkə ikincisi olub

    Bakı şəhərində para-stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatda respublikanın 8 regionundan 20-dən çox idmançı iştirak edib. İdmançılar individual və komanda yarışlarında mübarizə aparıblar.
    Çempionatda iştirak edən Naxçıvan Paralimpiya Federasiyasının idmançısı, Culfa rayon sakini Camal Həsənov uğurlu nəticələrə imza atıb. O həm fərdi, həm də komanda yarışlarında ikinci olmaqla gümüş medallara sahib çıxıb. 

Naxçıvan Muxtar Respublikası Gənclər və
 İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.06.2023 19:17