AZ EN RU

Paralimpiyaçılar arasında pauerliftinq yarışı

    İlham Əliyev adına Olimpiya İdman Kompleksində yaşı 18-dək olan sağlamlıq imkanları məhdud şəxslər arasında pauerliftinqin benç press növü üzrə muxtar respublika birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyi ilə Paralimpiya federasiyası tərəfindən birgə təşkil olunan yarışda ümumilikdə 15 iştirakçı qüvvəsini sınayıb. 
    İki çəki dərəcəsini əhatə edən birincilikdə Asim Zamanov (50 kiloqramdan yuxarı) və Həsən Qasımov (50 kiloqramadək) qalib olublar. Müvafiq çəki dərəcələrində Hünər Əsgərzadə ilə Əsgər Həbibov ikinci, Abdulla Abdullayev və Mehdi Quliyev üçüncü yerə sahib çıxıblar.  
    Sonda ilk üçlükdəki iştirakçılar diplomla təltif edilib. 
    Yarışın keçirilmə məqsədi sağlamlıq imkanları məhdud şəxslərin asudə vaxtını səmərəli təşkil etmək, idmana maraqlarını artırmaq və bu sahədə inkişaf etməklərinə zəmin yaratmaq olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.02.2023 19:43