AZ EN RU

PA rəsmisi: "Artıq Laçın şəhərinin böyük hissəsi tamamilə yenidən qurulub"

"Cəmi 7-8 ay ərzində sürətlə bərpa və yenidənqurma işləri həyata keçirilərək Laçın şəhəri yenidən qurulub".

Bunu Prezident Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov deyib.

"Artıq Laçın şəhərinin böyük bir hissəsi tamamilə yenidən qurulub. Sevindirici haldır ki, artıq 295 ailə Laçın şəhərinə, 21 ailə isə Zabux kəndinə qayıdıb. Ötən həftə də 23 ailənin qayıdışı təmin edilib".

Nəşr edilib : 23.10.2023 14:47