AZ EN RU

Özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə görüş

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası nəticəsində muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslər аktiv əməyə cəlb еdilir, onların məşğulluqlarının təmin оlunmаsı istiqamətində ardıcıl tədbirlər görülür.
    Artıq bir neçə ildir, icra olunan özünüməşğulluq proqramı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və müvafiq qurumlar tərəfindən özünüməşğulluq fəaliyyətinin təşkilinə paralel olaraq regionlarda verilən aktivlərdən səmərəli və düzgün istifadənin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərinin icrası da davam etdirilir. 
    Bu tədbirlərin davamı olaraq Kəngərli rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Daxili İşlər nazirlikləri, Dövlət Baytarlıq Xidməti, Dövlət Sığorta Xidməti publik hüquqi şəxs və yerli icra hakimiyyəti əməkdaşlarının, həmçinin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsinin iştirakı ilə özünüməşğulluq proqramına cəlb edilmiş yerli sakinlərlə görüş keçirilib. Görüşdə aktivlərdən təyinatına uyğun istifadə edilməsi, xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələr zamanı sığortaçının üzərinə götürdüyü öhdəliklər və aktivlərdən qanunsuz istifadə hallarının yaratdığı hüquqi məsuliyyətə dair maarifləndirmə işi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
     Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin 
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.08.2022 18:16