AZ EN RU

Özbəkistan XİN: “ Qarabağda keçirilmiş "seçkilər"i tanımırıq”

“Özbəkistan sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş “seçkilər”i tanımır”.

Bu barədə Özbəkistan XİN “X” sosial şəbəkəsində paylaşım edib.

“Özbəkistan dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir və 2023-cü il sentyabrın 9-da Qarabağda keçirilmiş “prezident seçkiləri”ni tanımır”, - paylaşımda qeyd edilib.

Nəşr edilib : 11.09.2023 15:56