AZ EN RU

Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən cari il ərzində iki ölkə arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin birinci qərargah danışıqlarının keçirilməsi məqsədilə Özbəkistan nümayəndə heyəti ölkəmizə səfər edib.

Özbəkistanlı nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında keçiriləcək kompüter dəstəkli taktiki komanda-qərargah təlimi haqqında brifinq təqdim olunub.

Təlimin məqsədi, icra olunacaq tapşırıqlar və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılan görüşün sonunda komanda-qərargah təliminin yekun protokolu imzalanıb.

Nəşr edilib : 09.04.2024 17:22