AZ EN RU

Ötən il xüsusi qayğıya ehtiyacı olan 40 uşaq üçün Futbol düşərgəsi təşkil olunub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan 41 uşaq üçün Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən aldığımız məlumata görə üç gün davam edən “Yay məktəbi” çərçivəsində oyunlar, seminarlar, kitab mütaliəsi, viktorina və digər tədbirlər keçirilib, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmlər nümayiş edilib, 25 uşaq isə diplomla təltif olunub, uşaqlara 30 maarifləndirici bröşur paylanılıb. Həmçinin Futbolun İnkişaf Fondu, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə klubun Uzunoba bazasında xüsusi qayğıya ehtiyacı olan 40 uşaq üçün Futbol düşərgəsi təşkil olunub. Yeddi günlük düşərgə zamanı uşaqlar üçün müxtəlif mövzularda fərdi inkişaf təlimləri və futbol dərsləri, seminarlar keçirilib, uşaqların muzeylərə, STEAM Mərkəzinə ekskursiyaları təşkil olunub. Sonda uşaqlar sertifikatlarla təltif ediliblər.

Nail ƏSGƏROV 

Nəşr edilib : 19.01.2024 15:32