AZ EN RU

Ötən il tibb müəssisələri tərəfindən 58424 ultrasəs müayinəsi (USM) ödənişsiz icra olunub

Ultrasəs müayinə metodu ilə aparılan diaqnostik xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Bura qarın boşluğu, döş qəfəsi və çanaq orqanları, süd vəzi, qalxanvari vəzi, qulaqdibi vəzi, tüpürcək vəzi, göz və beynin ultrasəs müayinəsi daxildir. Həmçinin vena və arteriyaların rəngli dopleraqrafiyası, exokardioqrafiya, kardiotokoqrafiya kimi ultrasəs müayinələr icbari tibbi sığorta çərçivəsində tam qarşılanır.

Qeyd edək ki, ultrasəs müayinə əlçatan, informativ və təhlükəsiz olduğu üçün xəstəliklərin diaqnostikasında ən çox istifadə edilən üsullardan biridir. Bu müayinə metodunun üstünlüklərindən biri də odur ki, orqanizm zərərli radioaktiv şüalanmaya məruz qalmır. Pasiyentin orqan və toxumaları ultrasəs dalğaları vasitəsilə müayinə edilir. İxtisaslı həkim göstərişi olduğu halda ultrasəs müayinəsi (USM) icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçiəsində ödənişsiz icra olunur.

USM bir profilaktik müayinə kimi çox əvəzsiz metoddur. Mütəmadi olaraq USM müayinəsindən keçməyiniz məsləhətdir. Sağlamlığınıza biganə qalmayın!

    Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi

     Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti

Nəşr edilib : 02.02.2024 11:23