AZ EN RU

Ötən il Naxçıvandakı tibb müəssisələrinə 891 mindən çox ambulator müraciət qeydə alınıb

Ötən il Naxçıvandakı tibb müəssisələrinə 891071 ambulator müraciət qeydə alınıb. 2022-ci ildə isə bu rəqəm 769971 olub.

"Şərq qapısı" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Səhiyyə Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov bildirib.

O, həmçinin qeyd edib ki, ötən il Naxçıvanda tibb müəssisələrinə stasionar müraciətlərin sayı 26252 olub. Bu say 2022-ci ildə 22849 təşkil edib: "2022-ci ildə muxtar respublikada 6986 nəfər MRT-də, 2071 nəfər EEQ-də, 8937 nəfər KT-də müayinə olunub", - deyə nazir müavini əlavə edib.

Nəşr edilib : 07.03.2024 17:01