AZ EN RU

Ötən il Naxçıvanda neçə yanğın hadisəsinə çıxış olub?

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, il ərzində müxtəlif mövzularla, o cümlədən yanğın, partlayış, avtoqəza və digər məsələlərlə bağlı nazirliyin “112” qaynar telefon xəttinə ümumilikdə 119 min 763 zəng daxil olub və müraciətlərə operativ olaraq reaksiya verilməsi təmin edilib. Muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən obyektlərdə 6000-dən artıq yoxlama keçirilib. 85 təhlükə pоtеnsiallı оbyеktə texniki təhlükəsizliyə əməl olunması məqsədilə baxış kеçirilib və 55 təhlükə pоtеnsiallı оbyеktdə mühafizə işinin təşkili yoxlanılıb. 14 mərkəzi icra hakimiyyəti orqanında, 36 təhsil, 16 səhiyyə, 21 mədəniyyət, 15 məktəbəqədər təhsil müəssisələrində, 6 idarə və təşkilatda, 35 sahibkarlıq subyektində 4 min 165 nəfərin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib. Mülki müdаfiə təyinаtlı zirzəmilərin hazır vəziyyətdə saxlanılması məqsədilə zirzəmilərin vəziyyətinə baxılıb.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 11.01.2024 16:32