AZ EN RU

Ötən il Naxçıvanda neçə nigah və boşanma qeydə alınıb?

"2023-cü ildə Naxçıvan Muxtar Respublikasında 1545 nikah qeydə alınıb. Boşanmaların sayı isə 562 nəfər təşkil edir".
Bunu açıqlamasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Reyhan Sadiqova deyib. O, bildirib ki, bu, həmin müddətdə bağlanan nikahlara nisbətdə 36 faiz təşkil edir: "2022-ci illə müqayisədə 2023-cü ildə Naxçıvanda nikah saylarında 248, boşanma saylarında isə 118 azalma müşahidə olunub. Muxtar respublikada ən çox qeydə alınan nikah və boşanma halları Şərur rayonunda və Naxçıvan şəhərində qeydə alınıb. Nikahda qalma müddəti daha çox 6-8 il aralığında olur. Əksər hallarda isə öhdəliyinə azyaşlı uşaq olur".

Nəşr edilib : 12.01.2024 11:26