AZ EN RU

Ötən il Azərbaycanda daxili bazara 12,3 mlrd. kubmetr təbii qaz yönəldilib

Ötən il Azərbaycanda daxili bazara 12,3 mlrd. kubmetr təbii qaz yönəldilib.
"Şərq qapısı” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabata əsasən, bununla yanaşi 2023-ci ildə daxili bazara 2 465 min ton maye qaz yönəldilib. Öz növbəsində, əhali istehlakçılarına hesabat dövründə 3,9 mlrd. kubmetr qaz göndərilib.
"Tələbata uyğun olaraq Naxçıvan Muxtar Respublikasi 275,5 mln. kubmetr təbii qazla təmin olunub", - hesabatda qeyd olunur.
Vurğulanıb ki, 2023-cü ildə qaz İtkilərinin azaldıısı məqsədilə şəbəkədə yenidənqurma işləri aparılıb, qaz xətləri əsaslı təmir edilib, istismar müddəti bitmiş sayğaclar yenisi ilə əvəz edilib, itkilər isə 1,9% təşkil edib.
"Qaz təchizatı sisteminin etibarlılığını artırmaq, ötürücülük imkanlarını genişləndirmək və idarə olunmasını daha da təkminləşdirmək üçün əlavə yenidənqurma və modemizasiya işləri aparılıb, müasir nəzarət-ölçü sistemləri tətbiq olunub. 591 km müxtəlif diametrli yeni boru xətləri çəkilib, 320 km uzunluğunda qaz xətləri isə əsaslı təmir olunub", - hesabatda bildirilir.

Nəşr edilib : 05.03.2024 15:54