AZ EN RU

Ötən il 70 min Azərbaycan vətəndaşı Türkiyədə yasayış icazəsi alıb

Türkiyə Miqrasiya İdarəsi 2023-cü il üçün əcnəbi sakinlərlə bağlı məlumatları açıqlayıb. Belə ki, 2023-cü ildə Türkiyədə yaşamaq icazəsi olan əcnəbilərin sayı 1,11 milyon olub. 

2023-cü ilin sonuna Türkiyədə ən çox yaşayış icazəsi alan ölkələr də məlum olub. Türkiyədən ən çox yaşayış izni alanlar Türkmənistan vətəndaşları olub - 109 min nəfər. Türkiyədə yaşayış izni alan Rusiya vətəndaşlarının sayı 101 min nəfər, İraq vətəndaşları 91 min nəfər, iranlılar 80 min, suriyalılar 79 min nəfər olub. 
İran və Suriya vətəndaşlarından sonrakı yerdə Azərbaycan vətəndaşlarıdır – indiyədək 69,5 min nəfər qardaş ölkədə yaşamaq icazəsi alıb.

Nəşr edilib : 23.01.2024 10:29